"Qarabağ ədəbiyyatı" toplusu - Rus dilində

05.08.2015 13:58     Artreaksiya     2098

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır. 

 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, "Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi layihə orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim edəcək.

 

Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir. "Qarabağ ədəbiyyatı" toplusu www.azerbaycanli.org saytının rus versiyasında yerləşdiriləcək. 

 

Şərhlər