“Sonsuz dəhliz” filmi İsrail telekanalında
05.08.2015 15:29 Artreaksiya 1629
Bu filmdə 23 il əvvəl hərbi müxbir qismində Dağlıq Qarabağ münaqişəsi vəXocalıdakı soyqırımı işıqlandıran litvalı jurnalist Riçardas Lapaytisin səfərindən danışılır. Qeyd etmək lazımdır ki, peşəkar operatorun kamerası R. Lapaytisin Xocalı soyqırımı qurbanları ilə görüşlərini qeydə alır. Onlar onaXocalı sakinləri olan qocalar, qadınlar və uşaqların öz yaxınlarını itirə-itirə Ermənistan silahlı qüvvələrinin bombardmanlarından və amansız qətliamından sonsuz dəhlizlə necə xilas olunmalarından danışırlar. Filmin müəllifi həmçinin soyqırımın təşkilatçıları və günahkarları olan erməni hərbi komandirləri ilə söhbət edir. Onlar amansız hücum strategiyalarından danışırlar və düşüncələrini bölüşürlər. Filmin süjet xətti real insan taleləri üzərində qurulub. Bu insanlar tarixin işgəncələrindən – qanlı Xocalı qətliamından keçiblər, bir çoxları erməni terrorçularının əlindən ölüblər, bəziləri isə Ermənistan Respublikası rəhbərliyinin yaratdığı müasir konslagerdəki qeyri-insani şəraitə baxmayaraq sağ qalıblar.
Fikrimcə, “Sonsuz dəhliz”in İsraildə nümayişi Xocalı həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması işinin yeni mərhələsi üçün yaxşı başlanğıcdır. Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin çatdırılması üçün göstərdiyi böyük səylərə baxmayaraq hələ bir çox işlər qalıb. Bu işlər dinamik və fəal şəkildə görülməlidir, bəzən isə dünyadakı erməni diasporuna qarşı aqressiv fəaliyyət göstərmək lazımdır ki, dünya Xocalı haqqında həqiqətləri bilsin. “Sonsuz dəhliz” kimi filmləri daha çox çəkmək və əsas dünya telekanallarında nümayiş etdirmək lazımdır. Faktiki olaraq bu işi bu gün Heydər Əliyev Fondu görür. Bunu alqışlamaq və təşviq etmək lazımdır.
Ötən il Londonda Britaniya Kino və Televiziya incəsənəti Akademiyası festivalında iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalı üçün ədalət” kampaniyasının əsas təşəbbüskarı və promouteri Leyla Əliyeva bu dəhşətli qətliam barədə məlumatların yayılmasının vacibliyini önə çəkmişdi. “Mən “Sərhədsiz dəhliz”i Xocalı soyqırımı dəhşətləri barədə xatirələri birləşdirən və Ermənistan tərəfindən törədilən dəhşətli təcavüzə işıq salan, insanı həyəcanlandıran sənədli film görməyə məmnunam. Əlimizdən gələni etməliyik ki, bir daha belə cinayətləri heç vaxt görməyək”, - deyə L. Əliyeva vurğulayıb.
Dünya Xocalı haqqında həqiqətləri bilməlidir. Bu faciənin amansız səhnələri Azərbaycanın ürəyində həmişəlik iz buraxacaq. Bir gecə ərzində Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalı şəhəri yandırılaraq yerlə yeksan edilib. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Ermənistan silahlı qüvvələrinin və muzdlulardan ibarət dəstələrin şəhəri və ətraf əraziləri tərk edə bilməyən xocalılardan heç kimə aman vermədiyi artıq tarixi faktdır. Erməni hərbi birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 nəfər – qocalar, uşaqlar və qadınlar əsir götürülərək görünməmiş iztirablara və təhqirlərə məruz qalıblar.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində İsrail ictimaiyyəti qarşısında, habelə müxtəlif Avropa ölkələrində keçirilən beynəlxalq forumlarda çıxış edərkən mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, bu gün Ermənistanda yüksək vəzifələri tutan insanlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Köçəryan və digərləri Xocalısoyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın ermənilərin mülki əhaliyə əl qaldırmağı bacarmadıqlarını və bu stereotipi məhz Xocalıda sındırdıqları haqqında səmimi bəyanatını xatırlamaq yetərlidir.
Ermənistanın günahlarını Azərbaycanın hüquq-mühafizə orqanlarının malik olduğu yetərli faktlarla yanaşı çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının ələ keçirilməsində iştirak edən erməni hərbçilərinin dedikləri sübut edir. Yaxud da 1996-cı ildə işıq üzü görmüş “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına bəraət qazandırmış Zori Balayanın etirafları. Terrorçu Balayan kitabında fəxrlə soyqırım faktlarını, ermənilərin Xocalıda dinc azərbaycanlılara və əsirlərə qarşı təhqirlərini sadalayıb. Bu qudurğan şovinist utanmadan bəyan edib ki, hər bir erməni Xocalıda ermənilər tərəfindən törədilənlərlə fəxr etməlidir. Bu faktlar sübut edir ki, Xocalışəhərinin dinc sakinləri yalnız azərbaycanlılar olduqları üçün kütləvi şəkildə məhv ediliblər. Xocalı şəhəri Azərbaycan ərazilərinin ələ keçirilməsi və etnik təmizləmənin, dəhşətli qəddarlıq qarşısında qorxu və təşviş yaradılmasının növbəti mərhələsi idi. Günahsız uşaqlar, qadınlar və qocalara qarşı bu qəddarlığın heç bir izahı yoxdur.
Bu gün sirr deyil ki, Azərbaycan xüsusi xidmət orqanlarının məlumatına görə, hərbi əməliyyatlar nəticəsində 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın və 364 qoca itki düşüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən, bu insanlardan bəziləri erməni əsirliyində xəstəlikdən ölüblər, digərləri öldürülüb, bəzilərindən isə bu vaxtadək qul kimi ən ağır işlərdə istifadə olunur.
Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovlarla qəddar rəftar, onların qətlə yetirilməsi və işgəncələr verilməsi haqqında çoxlu sayda məlumatlar toplanıb. Ermənistanın hazırkı cinayətkar klanı Azərbaycanın Xocalışəhərində törədilmiş qətliama görə tam məsuliyyət daşıyır. Bu qeyri-insanlarda nə namus, nə mərhəmət var. Məhz ona görə də bu gün Ermənistanda hakimiyyətdə olan bütün bu terrorçular və hərbi cinayətkarlar beynəlxalq ədalət məhkəməsi qarşısına çıxmalıdırlar.
Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əsas təşəbbüskarı və ilhamvericisi olan Leyla Əliyevaya ivrit və ingilis dillərində “Sonsuz dəhliz” sənədli filminin İsrailin Birinci kanalına yol tapması üçün göstərdiyi böyük səylərə görə təşəkkürümü bildirmək istəyirəm. Xatırlatmaq lazımdır ki, “Xocalıya ədalət” təbliğat kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filminin təqdimatı İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin və Bern şəhərlərində keçirilib. Leyla Əliyevanın təşəbbüsü ilə ingilis dilində çəkilmiş film subtitrlə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub, habelə rus dilinə dublyaj olunub. Bu gün isə film subtitrlərlə İsrail Dövlətinin rəsmi dili olan ivritə tərcümə edilib. İsraildə Xocalısoyqırımı haqqında həqiqətlərin çatdırılması işinə böyük və əvəzsiz töhfə verən hər kəsə təşəkkür edirəm.
Şərhlər