Pikasso son anda xilas edildi

05.08.2015 16:40     Artreaksiya     2131

Pikassonun 25 milyon avro dəyərində olduğu güman edilən “Gənc qadının başı” tablosunu Korsika adasından İsveçrəyə qaçırmağa cəhd ediblər.

İspan rəssam Pablo Pikassoya aid “Gənc qadının başı” tablosunun Fransanın Korsika Adasından İsveçrəyə kaçırılma təşəbbüsünün qarşısı alınıb.

Fransa Gömrük İdarəsinin yazılı açıqlamasına görə Pikassonun 25 milyon avro dəyərində olduğu güman edilən "Head of A Young Woman" (Gənc Qadının Başı) tablosunun Plaisance Limanından İsveçrəyə qaçırılmaq üzrə olduğu müəyyən edilib.

Gəmidə araşdırma aparan gömrük rəsmilərinin sənəd tələbi üzərinə gəmi kapitanı tablonun vəziyyəti ilə bağlı hər hansı bir sənəd göstərməyib.

İspan iş adamı Jaime Botinaya aid tablonun satışını iş adamının təsdiq etməsinə dair  sənəd təqdim edə bilməyən gəmi kapitanı əsər haqqında məlumat verən 2015-ci ilin may ayına aid ispanca bir sənəd təqdim edib. Burada da lövhənin İspaniyanın milli xəzinəsi olduğu və ölkədən kənara çıxarılmayacağına dair məlumatın yer aldığı qeyd edilib.

 

Şərhlər