İlhamə Quliyeva: "Məşəli öpücüklər göndərə-göndərə daşıyacağam”
04.06.2015 18:51 Artreaksiya 2064
Məşəldar olması birmənalı qarşılanmayan xalq artisti İlhamə Quliyeva belə deyir.
Reaksiya.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, iyun ayının 7-də Avropa Oyunlarının məşəlini layiqincə daşıyacağını bildirən xalq artisti bununla qürurlandığı deyib. O həmçinin məşəli daşıması ilə əlaqədar gəzən söz-söhbətlərə bir daha münasibət bildirib:
“Bəzi adamlar mənim məşəl daşıyacağımdan bərk narahatdılar. Narahat olmasınlar, mən məşəli daşıyanda onlar baxıb yanacaqlar. Amma mənə heç nə olmayacaq, lazım gəlsə, qacacam da. Lap güləşib onları yerə yıxacağam. Məndə bu güc var. 18 yaşım olmasa da, dinc oturmuram, gərək nə isə bir iş görəm. Dostlarımla bu klipi ərsəyə gətirdik.
O adamlar ki, məni sevmirlər, məni görəndə yanıb-tökülürlər, içlərində yanğın olacaq. Yanımda olsalar, məşəli onlara uzadıb yandıraram, amma bunu etməyəcəyəm. Çünki məşəl müqəddəsdir, onu murdar insanlara uzadıb çirkləndirmək istəmirəm. Mən tam sağlamam, şəxsi həkim nəzarətindəyəm. O adamlar bilsin ki, heç vaxt xəstələnməyəcəyəm, məşəli layiqincə daşıyacağam. Bərk dayanın, əlimdə məşəl görəndə yıxılmayın!".
İlhamə Quliyevanın bu gün təqdim etdiyi "Yaşa, idman bayramı" klipi Tahir Əkbərin sözləri Baba Vəziroğlunun sözlərinə bəstələnmiş eyniadlı mahnıya çəkilib. Mahnını Nail Naiboğlu ekranlaşdırıb.
Şərhlər