"Qara siyahı"ya salınan Rusiya sənətçiləri

08.08.2015 15:37     Artreaksiya     2729

Ukraynanın milli təhlükəsizliyinə təhdid törədən rusiyalı sənətçilərin və ictimai fəalların “qara siyahı” açıqlanıb.

"Reaksiya.az" xəbər verir ki, Ukrayna Mədəniyyət Nazirliyinin məlumatında deyilir ki, qanunvericiliyə əsasən, Ukraynanın Dövlət Kinematoqrafiya Qurumu “qara siyahı”ya salınmış şəxslərin çəkildiyi filmlərin icarəsini dayandırmalıdır

“Qara siyahı”ya müğənnilər Qriqori Leps, İosif Kobzon, Valeriya, Nikolay Rastorquyev, Oleq Qazmanov, aktyorlar Mixail Poreçenkov, Mixail Boyarski, Sergey Bezrukov, İvan Oxlobıstin, Yeqor Xolmoqorov, o cümlədən fransız aktyor Jerar Depardyenin adı daxil edilib. 

Siyahının genişlənəcəyi bildirilir.

 

Şərhlər

Çox oxunanlar