Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
08.08.2015 16:50 Artreaksiya 2220
Akademik Milli Dram Teatrının mətbuat xidmətindən "Reaksiya.az"a verilən məlumata görə, Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı ilə birgə əməkdaşlıqla bağlı layihə hazırlanır.
“Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq.
Layihə çərçivəsində tamaşanın ilk nümayişi Bakıda, sonra Tiflisdə olacaq.
Teatrdan bildiriblər ki, əsərin birinci hissəsində hadisələr Bakıda, ikinci hissəsində isə Tiflisdə baş verir. Ona görə birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.
Şərhlər