“40 Yıl Önce 40 Yıl Sonra”nın müəllifi vəfat etdi
09.08.2015 11:01 Artreaksiya 2024
Hu Dost, 40 Yıl Öncə 40 Yıl Sonra, Kara Sevdam Anadolum, Mayınlar Çiçek Açmaz, Mayınlı Topraklar Üzerində, Kanlı Gömleklər, Adı Yemendir, Harran Koçaklaması, Can Arkadaş, Ceylanlar Suya İndi, Arkadaşım Orhan Kemal və Mektupları, Pavli Kardeş, Ağlama Anam Şu Bizim Gazipaşa ve İsmet Paşalı Yıllar kitablarının müəllifi Fikrət Otyam vəfat edib.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəssam, jurnalist-yazıçı Fikrət Otyam Antalyada müalicə aldığı xəstəxanada həyatənə itirib.
Fikrət Otyam kim idi?
19 Dekabr 1926-cı ildə Aksarayda anadan olub. Altı yaşından etibarən atasının aptekində işə başlayıb. Aptekə gələn kəndlilərdən eşitdiyi nağılları dəftərinə qeyd edir və 1946-cı ildə İstanbulda Gecə Poçtu qəzetində nəşr etdirir.
Aksaray apteklərini boyamağa gələn bir rəssamda ilk dəfə samur fırça və borucuq boyaları görür, və rəssamın verdiyi boyalarla etdiyi ilk sərgisini aylar sonra Aksaray Xalq evində açır. Sonradan rəsm müəllimi ilə birlikdə "Foto Üç Ulduz" adlı bir fotoqraf dükanı .
İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasını bitirdikdən sonra, Dünya Qəzeti Yazı İşləri üzrə Direktor Müavini olur. Bununla yanaşı, tanınmışların kitab qapaqlarını və rəsmlərini də çəkməyə başlayır.
Daha sonra 1956-cı ildən dan etibarən Ankarada Millət qəzetində, 1962-ci ildən Respublika qəzetində sənət və siyasət bölünmündə işləyir.
Rəsm işlərini Respublika qəzetindən təqaüdə çıxdıqdan sonar rəsm çalışmalarına intensiv şəkildə davam etdirir. Rəsmlərinin mövzusu 1950-ci illərdən etibarən Anadolunun təbiəti, xalqı və həyatını əks etdirir. Akademik bir təhsil görmüş olmasına baxmayaraq, ənənəvi cizgilərlə özünəməzsus tərz yaradır. yer alır.
Foto Sərgiləri: Gedə Gedə Seriyaları (1964-1974), Otyamın Obyektivliyindən (1997), Dünya Gözəl Olmalı, (1983) Əgər Bizi Sual Edən Olarsa (1979, Filiz Otyam və İbrahim Dəmirəl ilə birgə sərgi)
Rəsm Sərgiləri: "Onlar Qrupu" ilə sərgiləri (1947-1953), Vətənimdən İnsan Mənzərələri (1976), İnsan Mənzərələri (1978), Filiz Otyam ilə birgə yurd içi və xarici rəsm və toxuculuq sərgiləri (1981-1997).
Mükafatları: Atatürkçü Düşüncə Dərnəyi Şərəf Bəlgəsi(1995), Jurnalistlər Cəmiyyəti Mətbuat Şərəf Bəlgəsi (1962), On İlin Mətbuat Şərəf Bəlgəsi (1980-1990), İstanbul dövlət Gözəl Sənətlər Akademiyası Foto İnstitutu Şərəf Bəlgəsi, Üçüncü Hacıbektaş Vəli Dostluq və Sülh Mükafatı (1996), Pir Sultan Abdal Şərəf Bəlgəsi, YUNESKO AIAP Türkiyə Milli Komitəsi Beynəlxalq Plastik Sənətlər Dərnəyinin ŞərəfBəlgəsi, Aralıq Dənizi Universiteti Şərəf Bəlgəsi, Şanlıurfa Mədəniyyət Təhsil Sənət Araşdırma Vəqfi Şərəf Bəlgəsi.
Şərhlər