"Mərhumun mesajı" səhnələşdirilir

10.08.2015 00:22     Artreaksiya     2129

Avqustun 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşanın məşqlərinə başlanacaq.

Reaksiya.az Azərtaca istinadən xəbər verir ki, "Mərhumun mesajı" adlı əsərin müəllifi Hüseynbala Mirələmovdur.

Tamaşanın quruluşu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Səhnə əsərində əsas rolları xalq artisti Ramiz Məlik, əməkdar artistlər Şəlalə Şahvələdqızı, Əli Nur və başqaları canlandıracaqlar. Səhnə əsəri yeni mövsümdə təhvil veriləcək.

 

Şərhlər

Çox oxunanlar