Ailəsi xalq artistini Fəxri Xiyabanda dəfn edilməyə niyə qoymadı? - VİDEO

21.07.2018 11:05     Artreaksiya     1298

Bu gün xalq artisti, mərhum müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür.
 
Sənətkarın yaxın dostu, tanınmış şair Vüqar Əhməd yenicag.az-a açıqlamasında xalq artisti ilə bağlı maraqlı faktlar açıqlayıb:
 
"55 yaşının tamamına bir həftə qalmış zəng elədi ki, yubileyimlə bağlı AzTV-də veriliş hazırla. Mən də həmin ərəfədə ailəmlə birgə İrana istirahətə yollanacaqdım. Dedim ki, artıq hazırlaşmışıq, yola çıxırıq. Xahiş etdi ki, qal, yoxsa səndən inciyərəm. Qaldım və gözəl bir veriliş hazırladıq. Ayrılanda məni qucaqladı və dedi ki, haqqını halal elə, ölüm-itim dünyasıdır. Veriliş efirə getdi, oktyabrın 30-da dünyasını dəyişdi.
 
AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev onun səsinin vurğunu idi. Mənə dedi ki, Vüqar, yaxşı həkim tap, xərci özüm çəkəcəm. Moskvadan həkim gətirdim, Mərkəzi Klinik Xəstəxanada onu müayinə etdilər. Ramiz Mirzəyev o vaxt 11 min dollar xərc çəkdi. Lakin xeyri olmadı.
Onun meyitini xəstəxanadan çıxaranda müğənnilərdən heç kim yox idi. Meyiti yumağa İzzət Bağırov, mən və ailə üzvləri apardıq. Zəng edib, müğənniləri çağırdım. Onu dəfn etmək üçün II Fəxri Xiyabanda yer ayırdılar. Lakin ailəsi razılıq vermədi. Hətta israr edənlər oldu, ailəsi buna çox hirsləndi. Onu Nardaran qəbiristanlığında dəfn etdilər”.

Şərhlər