Xalq artistindən qandonduran sözlər:” - “Meyitləri kamaza doldurub…
23.07.2018 15:49 Artreaksiya 1310
Bu gün Ağdamın işğal olunduğu gündür.
Reaksiya.az bildirir ki, Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayıb:
Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün kamazlarla meyit, yaralı gördüyünü deyib:
“Evimiz hərbi hissəyə yaxın idi. Meyitləri kamaza doldurub, gətirirdilər ki, düşmən əlinə keçməsin. O dəhşətli günləri xatırlayanda ölüb-dirilirəm. Sinəmdə Ağdam yarası, Ağdam həsrəti var. Bacımın qəbri də oradadır. Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”.
Şərhlər