Xalq artisti əsəbiləşdi:“Yekə kişisən, ayıb olsun sənə”
31.07.2018 13:34 Artreaksiya 1147
Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov əsəbiləşib.
Yenicag.az-a açıqlama verən aktyor Azərbaycanda filmə çəkilmədiyini deyərək, giley-güzarını da bölüşüb:
“Film yoxdur ki, biz də çəkilək. Seriallara dəvət edirlər, çəkilmirəm. Çünki səviyyəmə uyğun filmlər deyil. Kimsə atasının pulu hesabına rejissor, operator olub, film çəkir. Bir-iki peşəkar dəvət edirlər ki, onların kölgəsində tanınsınlar. Qalanı da küçədən keçən. Qohum-əqrəbasını yığıb filmə çəkir. Baxıb əsəbiləşirəm, buna görə mən də təkliflərə etiraz edirəm. Sabah, birigün tamaşaçı o filmə baxıb məni söyər. Deyər, yekə kişisən, ayıb olsun, o cür möhtəşəm filmlərdən sonra belə səviyyəsiz seriallara çəkilirsən”.
Aktyor bildirib ki, nəhayət, uzun fasilədən sonra Özbəkistanda yeni filmə çəkiləcək:
“Dəfələrlə xarici filmlərə çəkilmişəm. Bu yaxınlarda “Özbəkfilm”in rejissoru Azərbaycanda kastinqlər keçirdi, məni də bəyəndilər. Bir-iki aya Özbəkistanda yeni filmə çəkiləcəm”.
Şərhlər