Ebrunun konsertinə neçə nəfər 800 manatlıq bilet alıb?

21.09.2018 13:21     Artreaksiya     1081

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur sənətkarı müğənni Ebru Gündeş noyabrın 3-də Heydər Əliyev adına Sarayda solo konsert proqramı ilə çıxış edəcək.Sənətçinin konsertinin biletlərinin qiyməti 80 manatdan 800 manata kimidir.
 
"İticket.az” saytına nəzər yetirsək, 1800 nəfərdən çox tutumu olan Sarayda demək olar ki, VİP biletlərin əksəriyyəti satılıb və bron edilib. 


C sektorundakı 800 manatlıq biletlərdən 59-u, B və D sektorundakı 750 manatlıq yerlərdən 100-ü artıq öz sahibini tapıb. 
Bundan əlavə, A və E sektorundakı 80 manatlıq yerlər demək olar ki, bitir.
/Qafqazinfo 
 Reaksiya.az

Şərhlər