İtaliya prezidenti gənclərə Dostoyevskini tövsiyə edib
10.08.2015 23:26 Artreaksiya 2712
İtaliya prezidenti Sergio Mattarella gənclərə kitab oxumağın əhəmiyyətini vurğulayıb və böyük rus yazıçısı Fyodor Dostoyevskinin əsərlərini oxumağı tövsiyə edib.
“Reaksiya.az” italyan “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, İtaliyanın prezidenti Mattarella gənclərlə keçirdiyi görüşdə onlara Dostoyevskinin kitablarını oxumağı tapşırıb.
Oxuma vərdişinin hələ uşaq yaşlardan eitbarən formalaşdığını ifadə edən Mattarella bildirib ki, İNSANIN dünyagörüşünə təsir edən yazarların içində Dostoyevskinin xüsusi yeri var.
Şərhlər