"Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb

11.08.2015 01:04     Artreaksiya     1841

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin  informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

 

Şərhlər

Çox oxunanlar