Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

18.10.2018 12:19     Artreaksiya     1120

Qazaxıstan paytaxtı Astanada oktyabrın 23-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. 

Azərbaycanın Qazaxıstabdakı səfirliyindən "Report"a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə  baş tutacaq tədbir konsert proqramı ilə davam edəcək. 

Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. 

Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq. 

Reaksiya.az

Şərhlər