Röyadan İNANILMAZ SÖZLƏR: “Yeni ildə borc aldım ki, evə bazarlıq edim”
05.02.2019 12:59 Artreaksiya 1370
Əməkdar artist Röya Ayxan aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.
Yutubda yayımlanan verilişdə Röya qalmaqal yaradacaq fikirlər səsləndirib. O, bir müddət öncə qadına şiddətə qarşı aksiya keçirən iş qadını Ruhini tənqid edib:
“İstədim bir verilişə çıxıb, Ruhini qınayım. Sonra vaz keçdim. Çünki qadına şiddətə qarşı çıxmaq, camaatı çağırıb tort kəsmək demək deyil. Əgər o, bunu boynuna götürürsə, işini tam görsün. Lazım olan orqanlara şikayət etsin. Bu halda mən də ona qoşularam. Çünki xalq mənə inanır. Bu qədər şoulaşdırmaq lazım deyil”.
Röya həmçinin ötən il qalmaqal yaşadığı Xalq artisti Flora Kərimova haqda xoş sözlər səsləndirib. İfaçı verilişdə Kərimovanın "Tapar məni" mahnısını sevərək dinlədiyini etiraf edib:
"Əzizim mahnısını sevirəm. "Tapar Məni" Flora Kərimovadan ən sevimli nəğməmdir".
Artist verilişdə həmkarı Elnarə Xəlilova haqqında sərt fikirlər səsləndirib. O, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:
"Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir "UZİ"yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.
Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız?” sualını belə cavablayıb:
“Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.
Əməkdar artist həmçinin, illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.
"Röyanın varidatı neçə milyon manatla hesablanır" sualını isə müğənni səmimi tərzdə cavablayıb. O, ən böyük varlığının ailəsinin olduğunu vurğulayıb:
“Mənim bir milyon manatım yoxdur. Ümumiyyətlə, mənə pul yığmaq düşmür. Moskvada konsertimi təşkil edən Samira mənim pulumu yedi. Sənə sadəcə onu deyə bilərəm ki, Yeni ildə 1000 dollar borc aldım ki, evə bazarlıq edim. Dedim mənim zəhmətimi yemək haramdır, amma o da qadındır. 30 min dollar zərər etdim. Özü də o pulla, işçilərimi yeni il üçün Moskvaya gəzməyə aparacaqdım. Özüm pul yığa bilmirəm, mənə düşmür”.(publika)
Şərhlər