"Şahdağın hədiyyəsi" adlı konsert keçiriləcək

11.08.2015 16:07     Artreaksiya     2501

Şahdağ Turizm Mərkəzində  "Şahdağın hədiyyəsi" adlı  konsert proqramı keçiriləcək." Reaksiya.az" xəbər verir ki, konsert avqustun 22-də olacaq.

Mərkəzin əsas məqsədi turistlərə istənilən 3 növ yay əyləncəsindən yararlanmaq imkanı yaratmaqdır. Həmçinin qonaqları açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir.

Qeyd edək ki, biletləri Bülbül küçəsi, 26 ünvanında yerləşən Şahdağ Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü Şahdağ Turizm Mərkəzindən əldə etmək mümkündür.

Mətbuat nümayəndələri üçün tədbir günü Şahdağ Turizm Mərkəzinə səfər təşkil olunacaq.

 

Şərhlər

Çox oxunanlar