Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub

12.09.2019 16:28     Artreaksiya     1467

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub. 

Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunan şəxslərin kino, teatr və digər sahələrin görkəmli nümayəndələri olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, mükafata layiq görülənlər Azərbaycan xalqının mədəni rifahına öz dəyərli töhfələrini veriblər: "Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, hər birinin özünəməxsusluğu var. Burada hansısa müqayisə sualı ortada olmamalıdır. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən yüksək dəyərləndirilir".

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı olacaq. Eyni zamanda Nəsimi ili ilə bağlı müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Bu gün mədəniyyət və incəsənət anlayışı cəmiyyətdə özünəməxsus yer tutub".

Daha sonra mükafatlar təqdim olunub.(report)

 

Fəxri adlarla təltif olunanların

 

SİYAHISI

 

“Şöhrət” ordeni

 

  • 1.
Fərzəlibəyov Mərahim Fərzəli oğlu № I - 323 10.07.2019 № 1321 Bakı Bələdiyyə Teatrı, quruluşçu rejissor

“Xalq şairi”

 

  • 2.
Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz)

№ I – 1

25.05.2019 № 1204 Bakı şəhər Reklam Departamenti, Bölmə müdiri (təqaüdçü, şair)

“Xalq artisti”

 

  • 3.
Muradov İlqar Əliməmməd oğlu № I – 89 25.05.2019 № 1204 Azərbaycan Milli Konservatoriyası, “Milli Vokal” kafedrası, müəllim, dosent
  • 4.
Zeynallı Cavanşir Mirzəməmməd oğlu № I – 90 25.05.2019 № 1204 Azərbaycan Milli Aviasiya Akademiyası, musiqi rəhbəri
  • 5.
Əliyev Vidadi Hüseyn oğlu № I – 91 31.07.2019 № 1363 C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı, aktyor-rejissor
  • 6.
Həsənov Vidadi İsmail oğlu № I – 92 31.07.2019 № 1363 Azərbaycan Dövlət Yuğ teatrı, aktyor

“Əməkdar incəsənət xadimi”

 

  • 7.
Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) – Həyat yoldaşı Tamam xanım № I – 72 25.05.2019 № 1204 Azərbaycan Dövlət Tərcümə Mərkəzi, məsləhətçi, şair
  • 8.
Hüseynbəyli Elçin Hüseyn oğlu № I – 73 25.05.2019 № 1204 Azərbaycan Yazıçılar Birliyi, sədrin müşaviri, yazıçı
  • 9.
Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa) № I – 74 25.05.2019 № 1204 Bakı Avrasiya Universiteti, prorektor, kafedra müdiri (təqaüdçü, dramaturq)

“Əməkdar artist”

 

  • 10.
Xasiyev Nadir Şənbə oğlu № I – 314 25.05.2019 № 1204 Azərbaycan Dövlət MusiqiliTeatrı, vokal artisti
  • 11.
Kərimova Cəmilə Rüstəm qızı № I – 315 25.05.2019 № 1204 Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti, aparıcı səhnə ustası
  • 12.
Məsimov Qurban Abdulla oğlu № I – 316 25.05.2019 № 1204 A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı, baş rejissor
  • 13.
Nağıyev Qasım Gəncalı oğlu № I – 317 25.05.2019 № 1204 Azərbaycan Dövlət Yuğ Teatrı, aktyor
  • 14.
Süleymanova Elmira Süleyman qızı № I – 319 25.05.2019 № 1204 Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti
  • 15.
Əlilicanzadə Qorxmaz Məmməd oğlu № I – 320 31.07.2019 № 1363 Şoumen, aktyor
  • 16.
Namazov Zilli Yunus oğlu № I – 321 31.07.2019 № 1363 C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, aktyor

“Əməkdar mədəniyyət işçisi”

 

  • 17.
Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) № I – 376 25.05.2019 № 1204 Azərbaycan Yazıçılar Birliyi “Qobustan” toplusu, baş redaktor, dramaturq
  • 18.
Güləliyev Abbas Musaxan oğlu № I – 377 25.05.2019 № 1204 Mədəniyyət Nazirliyi, Qobustan rayon Mədəniyyət şöbəsi, Şıxzərli kənd klubu, klub müdiri (aşıq)
  • 19.
Məmmədov Rauf Davud oğlu № I – 378 25.05.2019 № 1204 Bəstəkar
  • 20.
Ağayev Nəsir İsmayıl oğlu № I – 379 31.07.2019 № 1363 Azərbaycanfilm kinostudiyası, çəkiliş texnikası sexi, aparıcı mütəxəssis
  • 21.
Dadaşova Nelli Hacı qızı № I – 380 31.07.2019 № 1363 Azərbaycan kinostudiyası, ali dərəcəli kinomontajor (təqaüdçü)
  • 22.
Quliyev Babək Barat oğlu № I – 382 31.07.2019 № 1363 Azərbaycanfilm kinostudiyası,bədii istehsalat heyəti,rəssam-fotoqraf
  • 23.
Məmmədov Əli Bala Ənvər oğlu № I – 384 31.07.2019 № 1363 C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, pirotexnika üzrə mütəxəssis
  • 24.
Muxtarova Tamilla Muxtar qızı. № I – 385 31.07.2019 №1363 Azərbaycan Respublikası Dövlət Film Fondu, baş mütəxəssis (filmlərin bərpası üzrə)

“Tərəqqi” medalı

  • 25.
Bulanova Oksana İqorevna № I – 5250 25.05.2019 № 1203 Moskva 1-ci telekanalı, “Neizvestnaya planeta” layihəsi, rəhbər (yazıçı)
  • 26.
Əhmədov Ənvər Misir oğlu № I – 5251 25.05.2019 № 1203 Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalı redaksiyası, ədəbi işçi, şair
  • 27.
Qəniyev Maarif Soltan oğlu № I – 5252 25.05.2019 № 1203 “Qobustan” incəsənət jurnalı, baş redaktorun müavini (şair)
  • 28.
Salayev İltifat Saleh oğlu – Bacısı oğlu Rəcəbli Hafiz Cəsail oğlu № I – 5254 25.05.2019 № 1203 Azərbaycan Yazıçılar Birliyi, Lənkəran zona bölməsi, sədr (şair)
  • 29.
Talıbzadə Alina Dmitriyevna № I – 5255 25.05.2019 № 1203 Yazıçılar Birliyinin “Literaturniy Azərbaycan” jurnalı, poeziya şöbəsinin müdiri (şair)
  • 30.
Ağayev Xanlar Ağakərim oğlu № I – 5350 31.07.2019 № 1362 Nizami Kino Mərkəzi, kadrlar şöbəsinin müdiri
  • 31.
Həsənov Mahir Məhəmməd oğlu № I – 5351 31.07.2019 № 1362 Azərbaycanfilm kinostudiyası, böyük mühəndis
  • 32.
Hüseynov Əlisəfdər Mürsəl oğlu. № I – 5352 31.07.2019 №1362 Müdafiə Nazirliyi, Hərbi Nəşriyyat, bölmə rəisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”

 

  • 33.
Abbasov Zülfüqar Qulu oğlu – kürəkəni Cavadov Kamran № 253 16.10.2018 № 566 Mingəçevir Dövlət Dram Teatrı, direktor, bədii rəhbər, baş rejissor, quruluşçu resjissor
  • 34.
Əlizadə Oktay Mahmud oğlu № 268 31.07.2019 № 1361 "Azərbaycantelefilm" Yaradıcılıq Birliy, quruluşçu rejissor, operator (təqaüdçü)

Reaksiya.az

Şərhlər