Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub
12.09.2019 16:28 Artreaksiya 1454
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.
Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunan şəxslərin kino, teatr və digər sahələrin görkəmli nümayəndələri olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, mükafata layiq görülənlər Azərbaycan xalqının mədəni rifahına öz dəyərli töhfələrini veriblər: "Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, hər birinin özünəməxsusluğu var. Burada hansısa müqayisə sualı ortada olmamalıdır. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən yüksək dəyərləndirilir".
Ə.Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı olacaq. Eyni zamanda Nəsimi ili ilə bağlı müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Bu gün mədəniyyət və incəsənət anlayışı cəmiyyətdə özünəməxsus yer tutub".
Daha sonra mükafatlar təqdim olunub.(report)
Fəxri adlarla təltif olunanların
SİYAHISI
“Şöhrət” ordeni
|
Fərzəlibəyov Mərahim Fərzəli oğlu | № I - 323 | 10.07.2019 № 1321 | Bakı Bələdiyyə Teatrı, quruluşçu rejissor |
“Xalq şairi”
|
Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz) |
№ I – 1 |
25.05.2019 № 1204 | Bakı şəhər Reklam Departamenti, Bölmə müdiri (təqaüdçü, şair) |
“Xalq artisti”
|
Muradov İlqar Əliməmməd oğlu | № I – 89 | 25.05.2019 № 1204 | Azərbaycan Milli Konservatoriyası, “Milli Vokal” kafedrası, müəllim, dosent |
|
Zeynallı Cavanşir Mirzəməmməd oğlu | № I – 90 | 25.05.2019 № 1204 | Azərbaycan Milli Aviasiya Akademiyası, musiqi rəhbəri |
|
Əliyev Vidadi Hüseyn oğlu | № I – 91 | 31.07.2019 № 1363 | C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı, aktyor-rejissor |
|
Həsənov Vidadi İsmail oğlu | № I – 92 | 31.07.2019 № 1363 | Azərbaycan Dövlət Yuğ teatrı, aktyor |
“Əməkdar incəsənət xadimi”
|
Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) – Həyat yoldaşı Tamam xanım | № I – 72 | 25.05.2019 № 1204 | Azərbaycan Dövlət Tərcümə Mərkəzi, məsləhətçi, şair |
|
Hüseynbəyli Elçin Hüseyn oğlu | № I – 73 | 25.05.2019 № 1204 | Azərbaycan Yazıçılar Birliyi, sədrin müşaviri, yazıçı |
|
Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa) | № I – 74 | 25.05.2019 № 1204 | Bakı Avrasiya Universiteti, prorektor, kafedra müdiri (təqaüdçü, dramaturq) |
“Əməkdar artist”
|
Xasiyev Nadir Şənbə oğlu | № I – 314 | 25.05.2019 № 1204 | Azərbaycan Dövlət MusiqiliTeatrı, vokal artisti |
|
Kərimova Cəmilə Rüstəm qızı | № I – 315 | 25.05.2019 № 1204 | Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti, aparıcı səhnə ustası |
|
Məsimov Qurban Abdulla oğlu | № I – 316 | 25.05.2019 № 1204 | A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı, baş rejissor |
|
Nağıyev Qasım Gəncalı oğlu | № I – 317 | 25.05.2019 № 1204 | Azərbaycan Dövlət Yuğ Teatrı, aktyor |
|
Süleymanova Elmira Süleyman qızı | № I – 319 | 25.05.2019 № 1204 | Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti |
|
Əlilicanzadə Qorxmaz Məmməd oğlu | № I – 320 | 31.07.2019 № 1363 | Şoumen, aktyor |
|
Namazov Zilli Yunus oğlu | № I – 321 | 31.07.2019 № 1363 | C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, aktyor |
“Əməkdar mədəniyyət işçisi”
|
Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) | № I – 376 | 25.05.2019 № 1204 | Azərbaycan Yazıçılar Birliyi “Qobustan” toplusu, baş redaktor, dramaturq |
|
Güləliyev Abbas Musaxan oğlu | № I – 377 | 25.05.2019 № 1204 | Mədəniyyət Nazirliyi, Qobustan rayon Mədəniyyət şöbəsi, Şıxzərli kənd klubu, klub müdiri (aşıq) |
|
Məmmədov Rauf Davud oğlu | № I – 378 | 25.05.2019 № 1204 | Bəstəkar |
|
Ağayev Nəsir İsmayıl oğlu | № I – 379 | 31.07.2019 № 1363 | Azərbaycanfilm kinostudiyası, çəkiliş texnikası sexi, aparıcı mütəxəssis |
|
Dadaşova Nelli Hacı qızı | № I – 380 | 31.07.2019 № 1363 | Azərbaycan kinostudiyası, ali dərəcəli kinomontajor (təqaüdçü) |
|
Quliyev Babək Barat oğlu | № I – 382 | 31.07.2019 № 1363 | Azərbaycanfilm kinostudiyası,bədii istehsalat heyəti,rəssam-fotoqraf |
|
Məmmədov Əli Bala Ənvər oğlu | № I – 384 | 31.07.2019 № 1363 | C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, pirotexnika üzrə mütəxəssis |
|
Muxtarova Tamilla Muxtar qızı. | № I – 385 | 31.07.2019 №1363 | Azərbaycan Respublikası Dövlət Film Fondu, baş mütəxəssis (filmlərin bərpası üzrə) |
“Tərəqqi” medalı
|
Bulanova Oksana İqorevna | № I – 5250 | 25.05.2019 № 1203 | Moskva 1-ci telekanalı, “Neizvestnaya planeta” layihəsi, rəhbər (yazıçı) |
|
Əhmədov Ənvər Misir oğlu | № I – 5251 | 25.05.2019 № 1203 | Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalı redaksiyası, ədəbi işçi, şair |
|
Qəniyev Maarif Soltan oğlu | № I – 5252 | 25.05.2019 № 1203 | “Qobustan” incəsənət jurnalı, baş redaktorun müavini (şair) |
|
Salayev İltifat Saleh oğlu – Bacısı oğlu Rəcəbli Hafiz Cəsail oğlu | № I – 5254 | 25.05.2019 № 1203 | Azərbaycan Yazıçılar Birliyi, Lənkəran zona bölməsi, sədr (şair) |
|
Talıbzadə Alina Dmitriyevna | № I – 5255 | 25.05.2019 № 1203 | Yazıçılar Birliyinin “Literaturniy Azərbaycan” jurnalı, poeziya şöbəsinin müdiri (şair) |
|
Ağayev Xanlar Ağakərim oğlu | № I – 5350 | 31.07.2019 № 1362 | Nizami Kino Mərkəzi, kadrlar şöbəsinin müdiri |
|
Həsənov Mahir Məhəmməd oğlu | № I – 5351 | 31.07.2019 № 1362 | Azərbaycanfilm kinostudiyası, böyük mühəndis |
|
Hüseynov Əlisəfdər Mürsəl oğlu. | № I – 5352 | 31.07.2019 №1362 | Müdafiə Nazirliyi, Hərbi Nəşriyyat, bölmə rəisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü |
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”
|
Abbasov Zülfüqar Qulu oğlu – kürəkəni Cavadov Kamran | № 253 | 16.10.2018 № 566 | Mingəçevir Dövlət Dram Teatrı, direktor, bədii rəhbər, baş rejissor, quruluşçu resjissor |
|
Əlizadə Oktay Mahmud oğlu | № 268 | 31.07.2019 № 1361 | "Azərbaycantelefilm" Yaradıcılıq Birliy, quruluşçu rejissor, operator (təqaüdçü) |
Şərhlər