Yazılanlar yalan və iftiradır - Gəncə teatrından AÇIQLAMA

14.08.2015 12:54     Artreaksiya     2960

Son günlər Respublikamızda fəaliyyət göstərən Dövlət Teatrlarında və eləcə də Gəncə Dövlət Dram teatrında baş verən qanunsuzluqlar və çatışmazlıqlar barədə məlumatlar yayılmaqdadır.

Məsələ ilə bağlı Gəncə Dövlət Dram teatrının direktoru Əli Qasımov Reaksiya.az-a açıqlama verib.

Əli Qasımovun sözlərinə görə Ölkə.az sayıtında "Gəncə teatrı da ayağa qalxdı" başlıqlı materialda verilən məlumatlar tam əsassız, yalan və iftiradır: "Doğrudur, mənim mənzilimdə oğurluq hadisəsi olub. Bu haqda dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat vermişəm. Məsələ, hətta Daxili İşlər Nazirliyinin ciddi nəzarətindədir və bu cinayət işi araşdırılır. Bu zaman jurnalist hansı əsasla faktın gizlədilməsindən danışır".

Direktor teatrda 3-4 ay əmək haqlarının verilməməsi fikrinin də tam əsassız olduğunu vurğulayıb: "Teatrımız əmək haqlarını dövlət tərəfindən dotasiya vasitəsi ilə dövlət büdcəsindən alır. Bu teatr öz-özünü maliyyələşdirmir ki, burada əmək haqlarının hansısa vaxta qədər gecikdirilməsindən söhbət getsin. Demək ki, bu məsələ də teatrın ünvanına yalan və iftiradan başqa bir şey demək deyil. Mənim evimdən 40 nəfərə yaxın "Zamin Banka" məxsus olan Bank plastik kartlarının oğurlanması isə tam cəfəngiyyatdır və bir teatr rəhbərinin evində 40-a yaxın plastik kartların olması faktı böhtandır. İnformasiyanın haradan qaynaqlanması bizə də maraqlıdır".

Şərhlər