Sərdar Ortac: "Dünya illərdir Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə susur"

13.10.2020 12:01     Artreaksiya     658

"Ermənistan illərdir Azərbaycan ərazilərini həyasızcasına işğal edib. Dünya isə illərdir buna səssiz qalır".

Bu barədə türkiyəli sənətçi Sərdar Ortac Türkiyə mətbuatına verdiyi sonuncu müsahibəsində bildirib. Sərdar Ortac Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb:

"Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu işğala artıq yetər dedilər. Biz qardaş ölkə Azərbaycanın sonuna qədər yanındayıq. Çox çətin bir coğrafiyada yaşayırıq. Davamlı olaraq problemlər yaradan qonşularımız var. Yunanıstanı görürük, Şərqi Aralıq dənizində etdikləri göz qabağındadır. Daim gərginlik yaratmağa çalışırlar”.

Sərdar Ortac müsahibəsində ruhən özünü yarı azərbaycanlı hiss etdiyini də deyib:

"Azərbaycan mövzusunda həssasam, çünki özümü ruhən yarı azərbaycanlı görürəm. Onların mədəniyyətini, musiqisini çox yaxından tanıyıram".

Reaksiya.az

Şərhlər