"Qarabağ gündəliyi" filmi çəkildi

24.10.2020 19:46     Artreaksiya     800

“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən Azərbayan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qarabağ gündəliyi" (TALANMIŞ RESURSLAR TARİXÇƏSİ) sənədli filmin hazırlanması" adlı layihə icra edilib.

Reaksiya.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış “Qarabağ gündəliyi” filmi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları özündə əks etdirir. Bu məlumatlar xüsusən, münaqişə nəticəsində Azərbaycana dəyən iqtisadi zərərlə bağlı məlumatları əks etdirir. 30 ilə yaxın bir müddətdə ərazilərimizin işğal altında saxlanması, maddi sərvətlərimizin talan edilməsi müxtəlif mənbə və faktlar əsasında təsdiq edilib. Müxtəlif ölkələrə məxsus şirkətlər tərəfindən Azərbaycanın sərvətləri talan edilib. Eyni zamanda uzun illər ərazilərin işğal altında saxlanılması iqtisadiyyatın müxtəlif sahələrinə zərər vurub.

“Qarabağ gündəliyi” filmi ingilis dilində hazırlanıb. Məqsəd, beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalına və vandalizminə çəkməkdir. 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında saxlanması ilə erməni terroru və təcavüzü də davam edib. Mədəniyyət abidələrinin məhv edilməsi, tarixin saxtalaşdırılması ilə yanaşı maddi zərər də işğalçı ölkənin vandalizminin təzahürüdür. Hazırlanmış film əcnəbilərin bu vandalizm haqqında məlumat almasına imkan verəcək.

Hazırda Azərbaycan ordusu tərəfindən ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı əks-həmlə əməliyyatı aparılır. Azad edilmiş ərazilərimizlə birlikdə talançılığa da son qoyulur. İnanırıq ki, tezliklə rayonlarımızda sosial infrastuktur bərpa ediləcək və iqtisadiyyat canlanacaq.

Reaksiya.az

Şərhlər