Yazovu şapalaqlayan şair - Hamının gözü qarşısında - FOTOLAR
16.08.2015 13:22 Artreaksiya 4198
Bu gün çağdaş Azərbaycan ədəbiyyatından söz düşəndə ilk növbədə Bəxtiyar Vahabzadəni xatırlamaya bilmirəm. Çünki bu şəxsiyyətin həm də milli məfkurəmizin oyanmasında böyük xidmətləri olub. Hər zaman ürəyi böyük Azərbaycanla döyünən, millətinin, xalqının vətənpərvər oğlu, xalq şairi Bəxtiyar Vahabzadə öz yaradıçılığında müstəqillik, azadlıq ideyalarının carçısı kimi yaddaşlarda yaşayır. Onun şeirləri, poemaları, pyesləri Azərbaycan ədəbiyyatının əvəzsiz inciləri sırasındadır. Çünki heç zaman Sovet şovinist maşınının kölləliyini qəbul etməmiş və bunu öz əsərlərində canlandırmaqla 70 illik və sonda əli millətinin qanına batan bir rejimin qanunlarına yox deməyi baçaran bir qüvvə idi.
Bəxtiyar Vahabzadə hələ 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Məhz bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra yenidən işə bərpa edilə bilmişdir. Hətta Professor Şirməmməd Hüseynov da Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirərək yazırdı: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər.”
Məhz "Gülüstan" poeması ilə Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirməyi baçarmışdır. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə də tərcümə edilmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı sənətkarlardan biri idi. Onu haqlı olaraq çağdaş milli şeirimizin canlı klassiki adlandırırdılar. Əlbəttə şairin poetik istedadına verilən belə dəyər təsadüfi deyil, əksinə bunun məhz obyektiv səbəbləri var. Azərbaycan şeirinin son yarım əsirlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək belə mümkün deyil.
Bu gün bir faktı da xüsusi olaraq, böyük qürurla qeyd etmək istəyirəm. Xalqının hər zaman açısı ilə yaşayan, xalq şairi 1990-cı ilin qanlı 20 yanvar hadisələrini heç çürə qəbul edə bilmirdi. Onun 20 yanvar hadisələri ilə bağlı “Şəhidlər” poeması da Azərbaycan tarixini və milli məfkurəmizin oyanış tarixini özündə geniş şəkildə əks etdirə bilmişdir. Sovet totalıtar rejiminin qaniçən Müdafiə Naziri Dmitri Yazov bu hadisələrdən sonra Azərbaycana gəlmiş və Gəncə şəhərində respublika ziyalıları ilə görüşmüşdür. Bu zaman xalq şairi Bəxtiyar Vahabzadə heş kəsin gözləmədiyi bir cəsarətli addımı ilə diqqəti cəlb edə bilmişdir. 20 yanvar hadisələrinin törənmə səbəblərini soruşan xalq şairi əsəblərini çilovlaya bilməyib qaniçən SSSRİ Müdafiə Naziri Dimitri Yazovun qulağının dibinə bir şillə endirmişdir. Silaha əl atan nazirin qarşısında ö zaman orada olan şəxslər Bəxtiyar Vahabzadəni görüş zalından cıxarmağa müəffəq olmuşlar.
Bir daha xalqına və millətinə bağlı olan böyük şəxsiyyət Bəxtiyar Vahabzadə heç zaman unudulmayaçaq. Əksinə xalqının yaddaşında,milli məfkurəmizin oyanışında əbədi yaşayacaq. Ruhun şad olsun böyük insan və vətən oğlu !
Şərhlər