Anar Kərimov Fəxrəddin Altunla bir arada - Fotolar

02.03.2021 15:05     Artreaksiya     597

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Fəxrəddin Altun öz tvitter hesabında məlumat verib.

“Bu gün Azərbaycan mədəniyyət naziri, cənab Anar Kərimovla bir araya gələrək Türkiyə ilə Azərbaycan arasında mətbuat, kommunikasiya və publik diplomatiya sahələrində həyata keçirəcəyimiz əməkdaşlıq haqqında məhsuldar müzakirələr apardıq. Cənab Anar Kərimova ziyarət üçün təşəkkür edirəm”, - deyə Altun yazıb.

Reaksiya.az

Şərhlər