Nailə Mirməmmədlinin tələbəsindən yenilik - FOTOLAR

17.08.2015 15:19     Artreaksiya     2838

Bir zamanlar bəstəkar Nailə Mirməmmədlinin “Səmum” qrupunda ifa edən müğənni Murad Mehrəliyev artıq solo fəaliyyətə başlayıb.

Reaksiya.az xəbər verir ki, müğənni soloya başlayar-başlamaz artıq yeni mahnı hazırlayıb.  Belə ki, Murad sözləri Aysel Nəcəfliyə, aranjimanı Rasim Məmmədova aid “Qəlbimi əritdin” bəstəsini ərsəyə gətirib. İfaçı sözügedən mahnısının dinləyicilər tərəfindən seviləcəyinə əmindir.

Qeyd edək ki, Murad Mehrəliyev tezliklə mahnılarından birinə klip çəkdirməyi də düşünür.

Şərhlər