Qaynana-gəlin davası "instaqram"a yansıdı

17.08.2015 23:45     Artreaksiya     3724

Aktrisa Beren Saat ilə Doğulu ailəsindəki narazılıq böyüyür.

Reaksiya.az xəbər verir ki, məşhur aktrisanın sosial mediada apardığı siyasi paylaşımlar Kənan Doğulunun ailəsi tərəfindən narazılıqla qarşılanmışdı. Beren Saat Sərpil Doğulu və Ece Doğulunu instagramdan silib.

Kənan Doğulunun anası Sərpil Doğulu sosial mediadan siyasi paylaşımlar edən gəlini Beren Saatı xəbərdarlıq etmişdi. İddiaya görə Sərpil Doğulu gözəl aktrisanın sərt çıxışlarının oğulları və nəvələri də daxil olmaqla bütün ailəyə zərər verdiyini söyləyib. Ancaq Beren Saat sosial mediadakı siyasi paylaşımlarını davam etdirib. Bundan sonra da həm Sərpil Doğulu həm də,  Ece Doğulu gözəl aktrisaya baryer qoyub.

Ötən həftələrdə həyat yoldaşı Kənan Doğulu ilə birlikdə ABŞ-ın yolunu tutan gözəl aktyor Doğulu ailəsinə olan davranışını bu dəfə də sosial mediadan ortaya qoyub. Beren Saat daha əvvəl təqib etdiyi qayınanası Sərpil Doğulu və elti-si Ece Doğulunu “İnstagram”da izləmədən çıxardıb.

Kənan Doğulunun da anasını “İnstagram”da izləməkdən buraxması sosial mediada gündəm olub. Məşhur popçu-nun qardaşı Ozan Doğulu, gəlinləri Ece Doğulu və qardaşı Canan Doğulunu deyil də  anası Sərpil xanımı izləmədən çıxartması təəccüb doğurub.

İddialara görə Kənan Doğulu Sanc Doğulunun Beren Saat ilə bir araya gəlmək istəməməsinə və siyasi bölgüləri ilə bağlı etdiyi çıxışa qəzəblənib. Kənan Doğulunun İstanbuldakı son konsertində də Sərpil xanım oğlunu ən ön sıradan gəlini Ece Doğulu ilə izləmiş, Beren Saat isə Doğulunu kulsidən izləmişdi.

Şərhlər