"Qarabağ" və "Neftçi" cərimələndi
26.11.2021 15:03 Artreaksiya 581
AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.
Səbəb kimi hər iki komandanın Azərbaycan Premyer Liqasının XI turunda keçirdiyi ev oyunlarında azarkeşlərin davranışları göstərilib.
"Qarabağ"ın "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra meydana fanat daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 1 600 manat cərimələnib.
Eyni hal "Neftçi"nin "Sabah"a 1:2 hesabı ilə uduzduğu görüşdə də təkrarlanıb. Oyun zamanı isə flaqman fanatları meydana kənar əşyalar atıblar. Nəticədə "ağ-qaralar" hər iki olayla əlaqədar ümumilikdə 3 200 manat ziyana düşüblər.
Şərhlər