Fahriye Buraka elə hədiyyə aldı ki...
18.08.2015 15:24 Artreaksiya 2496
Aktyor Burak Özçivitin yeni film üçün imicini dəyişdirdiyi barədə xəbər vermişdik.
Reaksiya.az xəbər verir ki, Burak 2011-ci ildə "Möhtəşəm yüz il" serialında Malkoçoğlu rolu üçün bığ saxladıqdan sonra onları bir daha kəsməmişdi. "Çalıkuşu", "Aşk Sana benzer", "Kardeşim benim" layhələrində də eyni imicdə qalmışdı.
Lakin bir ay sonra Star TV-də başlayacaq, baş rolda Neslihan Atagüllə yanaşı oynayacaq aktyor bığlarını kəsdirmək məcburiyyətində qalıb.
Burak "özümü çılpaq hiss edirəm, aynaya baxa bilmirəm, bu mən deyiləm" deyərək kədərlənməyə başlayınca sevgilisi, aktrisa Fahriye Evcen ona sürpriz hədiyyə edib.
Fahriye sevgilisinə yalançı, taxma bığ gətirib. Burak "Evdə Fahriyenin xaricdən gətirdiyi bığla gəzirəm, çünki o məni bığlarımla sevmişdi" deyib.
Şərhlər