"Məhəllə"nin Rusikindən yeni layihə - FOTOLAR
19.08.2015 13:34 Artreaksiya 3264
Aktyor İlham Qasımov uzun fasilədən sonra yenidən film sahəsinə qayıdıb.
Reaksiya.az xəbər verir ki, “Yuxu” filmindəki Əliabbas, “Məhəllə”dəki Rusik obrazları ilə tanınan aktyor özünü rejissor kimi də sınayıb. Belə ki, İ.Qasımov “Oğlan evi və ya Azərbaycansayağı qarət” adlı film çəkir.
Ekran işinin baş rol ifaçıları aktyorlar Fərda Xudaverdiyev, İslam Mehrəliyev və Elcan Rəsulovdur.
Komediya janrında olan filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir.
“Oğlan evi və ya Azərbaycansayağı qarət”in çəkilişləri artıq başa çatıb. Film yaxın günlərdə təqdim olunacaq. Çəkiliş məkanından fotolar sosial şəbəkədə paylaşılıb.
Yaradıcı heyət ekran işi ilə yanaşı çəkilişi haqqında ayrıca film hazırlayacaqlarını da bildiriblər. Tamaşaçı bütün səhnələrin kadrarxası məqamlarını görmək imkanı əldə edəcək.
Şərhlər