Xalq Artistinin səhhəti haqda son xəbər
19.08.2015 14:00 Artreaksiya 2401
Xalq artisti Habil Əliyevin vəziyyəti stabildir.
ANS PRESS-in məlumatına görə, kamança ifaçısı H.Əliyevin vəziyyətində hal-hazırda heç bir dəyişiklik yoxdur. Bu haqda Mərkəzi Klinik xəstəxananın Mərkəzi Klinik xəstəxananın reanimatoloqu Səbinə Qasımova məlumat verib.
Avqustun 18-i Mərkəzi Klinik xəstəxananın reanimatoloqu Səbinə Qasımova Habil Əliyevin səhhəti ilə bağlı son məlumatları da açıqlayıb: “Habil müəllim ikitərfli pnevmaniya və ürək çatışmazlığı səbəbindən reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Xəstəxanaya gətiriləndə onun vəziyyəti çox ağır idi. İndi isə səhhətini qənaətbəxş qiymətləndirmək olar".
Türkiyəli həkim Özkan Akıncı da xalq artistini müaliyinə edib. "Həkim bildirdi ki, xəstə artıq ətrafdakıları tanıyır, baş verən hadisələrə reaksiya verir, müəyyən hərəkətlər edə bilir."
Habil Əliyevin səhhəti Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.
Avqustun 15-i məşhur kaman ustası Habil Əliyevin vəziyyəti qəfildən pisləşib. O, təcili yardım maşını ilə dərhal Mərkəzi Klinik xəstəxanaya aparılıb. Vəziyəti ağır olduğundan xalq artisti müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Şərhlər