Sibel Can yeni albomu üçün hovuza girdi - VİDEO

19.08.2015 14:23     Artreaksiya     4087

Hər albom öncəsi arıqlamağa başlayan Türkiyənin məşhur müğənni Sibel Can bu dəfə yeni albomu üçün əlindən gələni edib.

Reaksiya.az xəbər verir ki, o, “Bir Barmaq Bal” albomuna görə çimərlik paltarı geyinərək hovuza girib.

Çubukluda yeni evinin hovuzunda fotoqraf Aytəkin Yalçının obyektivinə poza verən məşhur sənətçi hər obraza görə poza verib.

45 yaşlı Sibel Can bunun üçün geyimlərini London və Mayamidən alıb.

Sibel Canın 2002-ci ildən bu yana tətbiq etdiyi rejimlərdən sonra ümumilikdə itirdiyi çəki 177 kilodur.

O, artıq çəkidən xilas olmaq üçün 9 ildə “Kimo Puan”, “Montignac”, “Momentum”, kahı, balqabaq şorbaları yeyib, alma sirkəsi qəbul edib.
 
45'lik Sibel Can Photoshop'u Abarttı!

Şərhlər