Yeni dünya gözəli məlum oldu (FOTO)

17.03.2022 12:26     Artreaksiya     605

Polşa sakini Karolina Belyavska "Dünya gözəli"nin 70-ci yubiley gözəllik müsabiqəsinin qalibi olub.
 
Bu barədə müsabiqənin ”Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.
 
Yarış Puerto Rikoda keçirilib, 2021-ci ildə keçiriləcək finalı koronavirusla bağlı vəziyyətə görə təxirə salınıb.
 
Təşkilatçılar bildiriblər ki, Belyavska şousunun 70-ci qalibi idarəçilik üzrə magistraturada təhsil alır və gələcəkdə dissertasiya müdafiə etməyi planlaşdırır. Qız volonter işiylə məşğul olur, evsizlərə kömək edir, həm də model kimi çalışır.
 
"Adımı eşidəndə şoka düşdüm. Hələ də inana bilmirəm. "Miss World" tacını qoymaq mənim üçün böyük şərəfdir və işə başlamağı səbirsizliklə gözləyiorəm", - qalib deyib.
 
İkinci yerdə amerikalı Şri Saini, üçüncü yerdə isə Kot-d'İvuar vətəndaşı Oliviya Yas qərarlaşıb.
 
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra bir çox ölkələr öz nümayəndələrinin yarışda iştirak etməyəcəyini açıqlayıb. Onların arasında Rusiya müsabiqədə iştirakdan imtina edib. Ukrayna isə müsabiqədə iştirak edib.
 

Şərhlər