Rusiyanın məşhur aktyoru öldü

20.08.2015 09:08     Artreaksiya     2410

Rusiyanın məşhur aktyoru, rejissor Lev Durov dünyasını dəyişib.
 
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı aktyorun qızı Yekaterina Durova yayıb.
 
Məlumata görə, Rusiyanın xalq artisi ölümündən bir gün öncə ürəyindən əməliyyat olunub. 83 yaşlı aktyorun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
 
Qeyd edək ki, Lev Durov 1931-ci il dekabr ayının 23-də Moskvada anadan olub. İlk dəfə 1954-cü ildə kinoya çəkilən Durov 160 rolda oynayıb.

Şərhlər

Çox oxunanlar