V ANİMAFİLM-in qalibi Fransaya səyahət qazanacaq!
21.04.2022 12:47 Artreaksiya 677
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yerli animasiya filmlərinin qəbulunu elan edir. Festival 2022-ci ildə keçiriləcək və tamaşaçılara yüzlərlə yerli və xarici animasiya filmlərini təqdim edəcək.
Reaksiya.az xəbər verir ki, 2022-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə ənənəvi mükafat təqdim edir.
Həmin kateqoriya üzrə ANİMAFİLM festivalının qalibi 2023-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.
Filmlər aşağıdakı şərtlərə uyğun gəlməlidir:
- Müsabiqədə iştirak üçün son müraciət tarixi: 15.07.2022
- Müəlliflər müsabiqəyə FilmFreeway platforması vasitəsilə müraciət etməlidir: LİNK
- Filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilməlidir;
- Filmin 50%-indən çoxu animasiya olmalıdır.
- Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;
- Filmin mövzularına məhdudiyyət qoyulmur;
Xatırladaq ki, 2020-ci ildə ANİMAFİLM Festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyasının qalibi “Quzğun” filmi idi. Filmin müəllifi Fidan Axundova 2021-ci ilin iyun ayında Fransaya səfər edərək Annecy festivalında iştirak etdi. 2021-ci ildə isə həmin kateqoriyanın qalibi rejissor Firəngiz Qurbanovanın “Araqçın” filmi idi. Bu mükafatlar da ANİMAFİLM Festivalının Azərbaycan Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı arasında əməkdaşlıq nəticəsində reallaşıb.
Şərhlər