Rasim Balayev xəstəxanaya yerləşdirildi

06.05.2022 12:25     Artreaksiya     594

Azərbaycanın xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bunu Report-a açıqlamasında xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır:

“Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar