Nazilə Səfərlinin oğlunun toyuna 1000 AZN yazdıran məşhurlar - Siyahı

18.05.2022 12:31     Artreaksiya     680

Şairə Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir.

 "7 canlı" verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pul yazdıran məşhurların adlarını və yazdırdıqları məbləğləri açıqlayıb.

Aparıcı şou-nümayəndələrinin böyük əksəriyyətinin Səfərlinin oğlunun toyuna 1000 AZN pul yazdırdığını bildirib. Onlar arasında Xalq artistləri Tünzalə Ağayeva, Məleykə Əsədova, Əməkdar artist Vasif Məhərrəmli, müğənni Nadir Qafarzadə və digərləri yer alıblar.

Qeyd edək ki, Nazilənin oğlu Nurlan ingilis dili müəllimidir. O bir neçə gün əvvəl Nuranə adlı xanımla evlənib.

 

Şərhlər