Flora əsəbiləşdi: Sənin ölündən də əl çəkməyəcəm!
23.05.2022 13:01 Artreaksiya 784
Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına… Və bir insan ki, qərəzli məqsəd üçün hər şeyindən keçir, vay onun halına! Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu, daha bir son olsun!
Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Flora Kərimova Afət Fərmanqızına açıq məktubunda yazıb.
Məktubun tam mətnini təqdim edirik:
“Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?! Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?! “Müxalifət Flora” deyib məqsədini “hesablayıb”, hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun!? Əzbərlədiyin “Açıqlayacam”, “Mənə göndəriblər”, “Əlimdə faktlarım var” boş-boş hədələrdən əmələ nə vaxt keçəcəksən!? Nə gözləyirsən, nədir səni saxlayan!? Məni məhkəməyə “vermişəm” deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən! Ad çəkmirəm deyib, ağlına görə Ruhi xanıma, Nazənin xanıma atmadığın böhtan qalmadı.
Bu hal hamilə qadının halından çox, “dövrdən” kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib - bunun mənə nə aidiyyəti var? Sən şükür elə ki, sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər. Bugünkü gülünc “səs-küyün”, Tiktokda, instaqramda SİFARİŞLİ paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xırdaçılığınla mənim adımdan hərf əskiləcək?!
İki il… Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib, “zəfərinlə” öyünmək idi. Qadınlığına yazığım gəldi, oğluna yazığım gəldi ki, anasının düşməni MƏN olmayım. Hər kim olsan belə, anasısan! Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin öz-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm, sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər! Tanrı möhlət verərsə, hər kəlmənin haqq-hesabını çürüdəcəm. Gizlənməyin, qaçmağın başqa sifəti var? Bir gün olmaramsa, mən BƏZİLƏRİ KİMİ sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var! Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil! Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən!”
Şərhlər