Sürücüsü aktrisanı məhkəməyə verdi

21.08.2015 06:36     Artreaksiya     2297

Aktrisa Lindsi Lohanın keçmiş sürücüsü onu məhkəməyə verib.

Reaksiya.az axsam.az-a istinadən məlumatına görə, sürücü iddia edir ki, Lindsi ona külli miqdarda pul borcludur. 29 yaşlı Edson Riççi bir neçə il əvvəl Hollivud ulduzunun sürücüsü işləyib. İddiaya görə, Lindsi ona 28 min dollar pul verməlidir. Edson deyir ki, o, bir neçə dəfə aktrisanın uçuş biletlərinin və qaldığı otellərin pulunu ödəyib. 

Qeyd edək ki, bu, Lohanın ilk belə qalmaqalı deyil. O, daha əvvəl də restoranda hesabı ödəmədiyinə görə məhkəməlik olmuşdu.

Şərhlər