Ölümlərindən sonra da qazandırırlar - SİYAHI - FOTOLAR

21.08.2015 12:35     Artreaksiya     2836

Öz getdi adı qaldı yadigar

Frank Zappa 22 il əvvəl ölmüşdü. İndilərdə bu Rock əfsanəsinin 100 – cü diski çıxıb. "Dance me this", sənətçinin studiya musiqiçiləri ilə birlikdə synclavier və monqol üsulu qırtlaq vokalla etdiyi eksperimentlərdən biridir. Pərəstişkarları üçün mükəmməl bir ürək oxşayan amma albomun siyahıları alt-üst etməsi gözlənilmir. Mərhum sənətçilərin musiqi firmalarındaki köhnə hissələri tam bir mədən dəyərində ola bilir.

Ən çox satan sənətçi Maykl Cekson

2009-cu ildə ölməsinə baxmayaraq səsiylə hələ aramızda olan Maykl Ceksonun 2014-cü ildə "Xscape" diski bazara çıxıb. Bu da "Maykl" adlı diskdən sonra Popun Kralının ölümündən sonra çıxan 2 – ci diskidir. Ulduz prodüser Timbaland, sənətçinin 8 ədəd heç yerdə yayımlanmamış parçasına miksaj masasında yeni bir enerji qatıb. Parçalarda Mary J. Bligeden D'Angeloya kimi bir çoxları onunla birgə çalışır. Deyəsən, "Xscape" son olmayacaq.

Kral yaşayır

Bütün rekordları alt – üst edən Elvis Presleyin öldüyü günə, yəni  1977-ci ilə kimi 600 milyon albomu satılıb. Amma bu ana kimi etdiyi satışın iki milyard dolayında olduğu təxmin edilir. Elvisin yaşadığı Gracelanddakı son evi dünyanın dörd bir tərəfindən pərəstişkarları tərəfindən tez – tez ziyarət olunur. "Kral" ın 25 – ci ölüm ildönümü olan 2002-ci ildə "Elvis 30 # 1 Hits" adlı CD satışa çıxarılıb və anında 17-dən çox ölkədə 1 – ci yerə yüksəlmişdi.

Əndəlüs melodiyaları

Paco də Lucia, Flamenco gitarın ustadıdır. Bu tərzə XX əsrdə onun kimi damğasını vuran birisi daha ortaya çıxmayıb. İspan sənətçisi 2014 – cü ilin fevral ayında 66 yaşında infarktdan dünyasını dəyişəndə çoxlu sayıda layihəsi vardı. Bunlardan biri də 10 il sonra ilk dəfə çıxartmağı planlaşdırdığı studiya albomu və bu albomu ölkəsinin məşhur kopla mahnılarına ithaf etmişdi. "Cancion Andaluza" 2014 – cü ilin aprelində satışa çıxarılıb.

Ustaddan reggi

1983-cü ildə Bob Marleyin "Confrontation" adlı albomu satışa çıxanda, dünyanın bu ən məşhur reggi sənətçisi 2 il öncə dünyasını dəyişmişdi. Həyat yoldaşı Rita onun satışa çıxan əsərlərini araşdırıb və bunları Marleyin qrupu "The Wailers"in icra etməsini təmin etmişdi. Vətəndaş müharibəsi zamanı ABŞ-ın Afro-amerikan əsgərlərinə ithaf olunan "Buffalo Soldier" Marleyin ölümündən sonrakı ən böyük hitlərindən olub.

Hippi hərəkatının simvolu

Janis Joplin 1970 – ci ilin oktyabrında narkotikadan ölən və beləcə gənc yaşda ölən musiqi qəhrəmanlarının yer aldığı "Club 27" siyahısına girmişdi. Müğənni ölmədən qısa müddət əvvəl studiyaya daxil olmuşdu. Qrup "Pearl"i çıxartmağı qərarlaşdırdı və bu albom Joplinin ən müvəffəqiyyətli işinə çevrildi. Diskdə bitməmiş bir parça Joplinin ölümündən sonra insana sanki lənətli imiş kimi gəlir: "Buried Alive in the Blues".

Mösyö 100 min volt

Baş daşının üstündə "Təşəkkürlər Gilbert, tamaşaçı səni heç zaman unutmayacaq" yazılıb. Pərəstişkarları Fransanın ən böyük Şanson ulduzunun məzarına bu gün də hörmət əlaməti olaraq axın edirlər. Gilbert Becaudnun onuncu xatirə günündə həyat yoldaşı 2011-ci ildə onun 2 diskini yayınlayıb. Diskin ümumi adı "Ölümsüz - Onun ən böyük şansonları".

Süd və bal

John Lennon 1980-ci ildə öldürüləndə bütün dünya şoka girmişdi. Lennonun həyat yoldaşı Yoko Ono, daha əvvəl üstündə çalışdıqları albomu yenidən işləyəndə hadisənin üstündən üç il keçmişdi. "Milk and Honey"(“Süd və bal”) adlı albom "Double Fantasy"dən sonar satışa çıxarıldı. Lennon və Ononun  mahnıları duet halında səsləndirdikləri albom musiqi siyahılarında ancaq 11 – ci yerə kimi yüksələ bildi.

Şərhlər