Azərbaycanın görkəmli şairi Vaqif Bəhmənli Misir Mədəniyyət Mərkəzində olub - FOTOLAR

21.08.2015 16:21     Artreaksiya     3156

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri şair Vaqif Bəhmənli ilə 21 avqust 2015-ci il tarixində Misir Mədəniyyət Mərkəzində görüş keçirib. Görüşdə Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi qonağa Mərkəzin yaranma tarixi, fəaliyyəti və Azərbaycanda mədəniyyət sahəsində apardığı əməkdaşlıq haqqında məlumat verib. Öz növbəsində Nazirliyin şöbə müdiri şair Vaqif Bəhmənli dəvət etdiyi üçün Misir Mədəniyyət Mərkəzinin müdirinə öz təşəkkürünü bildirib. Görüşdə Azərbaycan və Misir yazıçılarının hekayələrinin birgə antologiyasının, iki ölkə yazıçılarının qarşılıqlı səfərinin, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə “ Dost kitabxana” çərçivəsində tədbirlərin təşkilinə dair təkliflər verilib. Bundan başqa, Mərkəzdə Azərbaycanlı və Misirli şairlərin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb. Daha sonra şair Vaqif Bəhmənli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bir neçə kitabı Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydiyə hədiyyə edib.

Şərhlər

Çox oxunanlar