İranlı qadınlara görə səhnədə saçlarını kəsdi

29.09.2022 12:55     Artreaksiya     567

Məşhur müğənni Hande Yener maraqlı addımı ilə diqqət çəkib.

Ötən gün Kuruçeşmedə sevənlərinə konsert verən sənətçi səhnədə saçlarını kəsib. İfaçı bunu "Ağlama" mahnısını oxuduqdan sonra edib.

Müğənni bu addımı İranda azadlığı uğrunda mübarizə aparan və zorakılığa məruz qalan qadınlara dəstək olmaq üçün edib.

Sənətçi səhnədə "Azadlığı uğrunda mübarizə aparan bütün qadınlara, həyatını itirən balaca qızlarınıza görə... Onlar sadəcə körpədirlər... Onlara və bütün dünya qadınlarına azadlıq arzulayıram!" sözlərini də söyləyib.

Handenin bu addımı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb./BAKU.WS

Şərhlər