Məşhur müğənni boşandı

22.08.2015 10:11     Artreaksiya     3470

Birlikdə rol aldıqları serialın çəkilişləri zamanı tanış olub evlənən məşhur müğənni Keremcemlə aktrisa Seda Güvən ayrılıb.

Reaksiya.az xəbər verir ki, cütlük qərarlarını mətbuat açıqlaması ilə elan edib:

"Təəssüflə qeyd edirik ki, münasibətimizdə yol ayrıcına gəldik və birlikdə aldığımız ayrılıq qərarı ilə ailəmizə son verdik. Bundan sonrakı həyatımızda dostluğumuz davam edəcək. Bu həssas dövrdə şəxsi həyatımızın məxfiliyinə göstərəcəyiniz hörmət və anlayış üçün təşəkkür edirik".

Qeyd edək ki, cütlük ötən il noyabr ayında Parisdə evlənmişdi.

Şərhlər

Çox oxunanlar