"Belə şeylər çox ayıbdır" - DEMET AKALIN

22.08.2015 10:55     Artreaksiya     2718

İllərdir  polemikalarıyla gündəmə gələn Hande Yenər və Demet Akalın arasındakı gərginlik son dövrdə daha da kəskinləşib.

Reaksiya.az xəbər verir ki, indi də Hande Yenerə məxsus “Sebastyan Beach” adlanan yerdə Demet Akalının mahnılarını çaldırmadığı, DJ-lərə qadağa qoyduğu irəli sürülüb.

Çıxan xəbərlərin ardından “Söylemezsem olmaz” adlı verilişə telefonla bağlanan Demet Akalın Yenerin bu addımına əhəmiyyət vermədiyini söyləyib:

"Emre Kınaya o çimərlikdən təklif gəlib, o da razılaşmaq istəməyib. Mən təkid etdim ki, razılaşsın. Belə şeylər çox ayıbdır. Amma o, həqiqətən mənim mahnılarımın səslənməsini istəməyib. O kiçik çimərlikdə mənim mahnılarım səslənsə nolacaq, səslənməsə nolacaq, Türkiyə məni dinləyir. Bunların heç bir əhəmiyyəti yoxdu, mən onun mahnılarını hər yerdə oxuyuram. Mənim qəlbim təmizdi".

Şərhlər