“Anama aktrisa olduğumu deməyin” - MÜSAHİBƏ

22.08.2015 11:43     Artreaksiya     3640

Bond qızı, kult filmlərinin şahzadəsi, ya da mifoloji qəhrəmanları filmə gətirən ehtiraslı bir döyüşçü.

Eva Green fərqli rolları seçilən, Hollivudun ən uğurlu qadınlarından biridir.

Bəs qırmızı xalçanın öldürən cazibəsinin gözəllik sirləri nədir, onun dəblə arası necədir?

Fransız aktrisa cazibədarlığının sirrini belə yekunlaşdırıb: "Qadını gözəl göstərən onun saçıdır".

-İstedad bir yana, tərz və imic olaraq bir Hollivud ulduzunun ən güclü silahı nədir? Qırmızı pomadamı, nəmli gözlərmı?

-Bir aktyor kimi ideal saçlara sahib olmağın çox vacib olduğunu deyə bilərəm. Stil dediyiniz şey, filmdən digərinə dəyişiklik göstərməkdir. Amma hər zaman gözəl görünmək məcburiyyətindəsən. Burada da saçlar mühüm rol oynayır.

-Bir müsahibənizdə yetkinlik illərində açıq rəngli saçlarınızı qarğa qaraya boyayıbsınız oxumuşam. Ruh halınıza görə saç boyayan qadınlardansınızmı?

-Əslində, xeyr. Saçlarımı yeni bir film üçün hazırlanmağa başladığım vaxtlarda rəngləyirəm. Rola və xarakterə bürünmək üçün fərqli bir saç stili düşünmək olmasa da nəsə edirik. Amma etiraf edim, saç düzümündə dəyişiklik etməyi çox sevirəm. Saçın rəngi və stili, şəxsiyyətinizi və obrazınızı əks etdirməyin bir yoludur. Dəyişiklik isə azad və yaxşı olmağı hiss edən bir duyğudur.

-Qaradan sarıya hər tonu sınağa çəkibsiniz, hansı Evə favoritinizdir?

-Şabalıdı. Mənim üçün təbiilik mühümdür: İsti və tünd rənglər dərimə daha çox yaraşır. Beləliklə, daha təbii bir görünüş əldə etmiş oluram.

-Verə biləcəyiniz ən yaxşı gözəllik tövsiyəsi nədir?

-Gözəllik eleksirim: Bol su için, bol tərəvəz suyu istehlak edin. Saçınızı da təmiz saxlayın.

-Stiliniz necə xarakterizə edərsiniz?

-Əslində bir çox fərqli stildə oluram. Dəyişikliyi sevirəm; Amma məni tez-tez qaralar içində görürlər.

-Bəs, qırmızı xalça stili? Sizi həmişə iddialı, dumanlı göz makiyajı və qırmızı pomadada görürük. Bu "femme fatale” obrazı nə qədər sizi əks etdirir?

-Qırmızı xalçada dramatik mənzərə sevdiyim üçün daha teatral geyindiyimi deyə bilərəm. Məqsədim yalnız əylənmək! Gündəlik həyatda son dərəcə sadəyəm. Favori parçalarım qara su keçirməz parçalar, kater və "cool” qolsuz köynəklər.

-Burada bir çeşidlilik sezirik. Bir tərəfdən idman və sadə bir tərz, digər tərəfdən öldürən cazibə rejimi. Hansı sizsiniz?

-İkisi də mənimdir, amma etiraf edim ki, güclü və hökmran obrazları canlandıran bir aktrisa olaraq əslində utancaq bir quruluşum var.

-Şəxsi həyatınızla iş həyatınız arasında tarazlığı necə qurursunuz bu vəziyyətdə?

-Aktyorluğu çox sevirəm və sevdiyim bir şeyi etmək iş kimi gəlmir mənə.

MƏNİM EVİM LONDON

-İsveç əsilli bir ata, Fransız bir ana və Hollivud həyatı. Bir dünya vətəndaşı olaraq, hansı şəhərdə özünüzü evinizdə hiss edirsiniz?

-London. Avropanı çox sevirəm, amma evim Londondur.

-Londonu bu qədər fərqli edən nədir? Necə vaxt keçirirsiniz bu şəhərdə?

-Bax, hər kəsin gördüyü şeyləri görürəm. Kinoya, operaya getməyi, təbiətdə uzun vaxt keçirməyi, gözəl restoranlarda fərqli yeməklər dadmağı sevirəm.

-Favorit musiqi növünüz haqqında bir fikir əldə etmək olarmı?. Ən sevdiyiniz mahnı, qruplar hansılardır?

-Xəyal qırıqlığına uğratmaq kimi olmasın, amma Chopin.

QAYĞIYA EHTİYACIM VAR

-Sizi filmlərindəki "cool” qadın kimi tanıyırıq. Birdən qarşımıza bir kosmetik nəhənginin marka üzü kimi də qarşımıza çıxdınız. Niyə bir gözəllik markasının elçisi olmağı seçdiniz?

-Yəni, ikisini də birlikdə apara bilərəmmi? Əslində mənim üçün çox yaxşı əməkdaşlıqdır. Çünki saç baxımı həqiqətən ixtisas istəyən bir işdir. Qayğıya ehtiyacım var. Çünki aktyor olduğum üçün saçlarım daim dəyişir, iş görür, rəngi dəyişir və yüksək temperatura məruz qalır. Bu an sağlamlığım haqda  düşünmürəm. Buna görə də saçıma qayğı göstərməliyəm. Özüm tənbəllik etsəm də üzv olduğum marka mənim bu sahədəki bir çox ehtiyacımı qarşılayır. Nədir bunlar: Saç baxımı, saç stili, rəng və geri qalan hər şey!

ANAMA AKTRİSA OLDUĞUMU DEMƏYİN

-Karyeranız Bertoluccinin "The Dreamers”ıyla başladı...

-O filmdən əvvəl də bir sıra təcrübələrim olmuşdu. Amma əsas karyera başlanğıcını düzgün müəyyən etməkdir. Çünki əvvəl aktyor olmağı istəmirdim. Təsadüfi olaraq filmin castingində yer aldım. Bu qədər mükəmməl bir rejissorla işləmək karyeram üçün çox yaxşı bir başlanğıc oldu. Mən də "aktyorluq edim” dedim. Anam cavanlığında aktyorluq etmişdi, amma mən bu iş barədə heç ürək-dirək vermədi. Niyə bilmirəm.

-Bertolucciyə qarşı olan heyrətinizi anladıq. Bəs siz bir film olsaydınız.

-Tim Burton tərəfindən idarə olunurdum. Yəni ümid edirəm.

 

Şərhlər