Röyanın konsertindən maraqlı məqamlar - FOTOLAR
22.08.2015 12:44 Artreaksiya 3061
Dünən “Yaşıl Teatr”da müğənni Röya Ayxanın solo konserti keçirilib. Reaksiya.az xəbər verir ki, səhnəyə ağ geyimdə rəqqaslarla daxil olan Röya ilk olaraq “Sultanım” mahnısı ilə tamaşaçılarını salamlayıb.
Konsert boyu tamaşaçılarıyla səmimi münasibət quran Röyanı sənət dostları da tək qoymayıb. Abbas Bağırov, Sevda Yəhyayeva, Günay İbrahimli, Gülyaz və Gülyanaq Məmmədova bacıları və başqaları gənc müğənninin konsertində iştirak ediblər.
Konsertin ikinci yarısında qırmızı geyimlə səhnəyə daxil olan Röya sözləri Leyliyə, musiqisi Hakan Erola aid olan “Səni yox” adlı yeni mahnısını da ilk dəfə səsləndirib. Bu gündən etibarən yeni musiqinin radiolarda səslənəcəyi haqqında xəbər verib.
Konsertin yadda qalan məqamlarından biri də Röyanı izləməyə gələn 77 yaşlı qadının gül göndərməsi jestinə qarşılıq olaraq səhnədən ayrılıb xanımın yayına gedib. Onunla şəkil çəkdirən xanım ifaçı gəldiyinə görə təşəkkürünü bildirərək “Kaş ki mən də sizin yaşınıza gələndə gənc musiqiçilərin ritmini qəbul edə bilərdim”- deyib.
Qeyd edək ki, müğənni axşam 21:00-da “Yaşıl Teatr” da yenidən sevənlərinin görüşünə gələcək.
Şərhlər