Türkiyənin ən tez boşanan cütlükləri
22.08.2015 16:28 Artreaksiya 3200
Reaksiya.az Türkiyədə ən qısamüddətli evli qalan cütlüklərin siyahısını təqdim edir:
Pelin Sönməz ilə iş adamı Çengiz Çolak Los Ancelesdə təntənəli bir mərasimlə evlənmişdi. Cütlüyün evliliyi sadəcə 45 gün davam edib. Cütlük evləndikləri kimi sürətli bir şəkildə boşanıb.
Naz Elmas ilə Erdem Kıramer evliliyi sadəcə 5 ay davam edib.
Melisa Sözen Alican Ulusoy da serial çəkilişləri zamanı tanış olub, tezliklə münasibətlərini rəsmiləşdiriblər. Lakin bu evlilik də 5 ay davam edib.
Şahnaz Çakıralp və Murat Öncel də 5 ay evli qalan cütlüklər sırasındadır. Boşanmaları da qalmaqallı olub.
Ece Erken və Serkan Uçarın evliliyi bir il sürüb. Cütlük boşanma qərar verdiklərini açıqladıqdan sonra aralarındakı gərginlik mətbuatda da əks olundu. Amma yaxın keçmişdə razılaşdırılmış olaraq boşanmaya qərar veriblər.
Meltem Cumbul ile Alican Özbaşın evliliyi də təxminən bir il sürüb.
2012-ci ilin mart ayında evlənən Cem Yılmaz və Ahu Yağtuğ cütlüyü 2013-cü ilin dekabr ayında boşandılar. Azyaşlı övladları da onları bir arada saxlamağa kömək etməyib.
Hande Ataizi və Fethi Pekin evliliyi də qısamüddətli evliliklər sırasındadır. Pekinin ailəsi bu evliliyə razı olmadığı üçün cütlük imzaları atdıqdan sonra boşanmaya qərar verib. Evlilikləri yalnız iki saat davam edib.
Özge Ulusoy ile Ferruh Taşdemir evliliyi də qalmaqallı olub. Ulusoyun evliliyə qarşı çıxan anası nikah mərasimində etirazını bildirib. Nikahın ertəsi gün cütlük boşanmaya qərar verib.
Şərhlər