Tanınmış aşpaz xəstələndi - "Hər gün sistem vururlar"
24.08.2015 14:38 Artreaksiya 4976
Tanınmış aşpaz, çoxlarının Mehman usta kimi tanıdığı Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı foto onu sevənləri kədərləndirib.
Xəstə yatağında paylaşılan şəkli görən kimi Mehman usta ilə əlaqə saxladıq.
O,Reaksiya.az-a açıqlamasında bildirdi ki, 15 gündür mədəsindəki ağrılardan əziyyət çəkir: “Həkimlər dedi ki, məndə mədə xorası xəstəliyi var. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra həkimlər evə buraxdı. İndi müalicəm evdə davam edir. Hər gün sistem vururlar".
Mehman Hüseynov hazırda səhhətinin yaxşı olduğunu deyib: “İndi yaxşıyam. İşə də çıxıram, amma sadəcə nəzarət edirəm. Yeməkləri köməkçilərim hazırlayır”.
Şərhlər