Nağıl qəhrəmanı "ELROMANO" - 47 - VİDEO - FOTOLAR
25.08.2015 11:30 Artreaksiya 2613
Bugün türkiyəli müğənni Rafet El Romanın doğum günüdür. Onun 47 yaşı tamam olur.
Azərbaycanda da çox sevilən Rafet 1968-ci ilin 25 avqust tarixində Ədirnədə anadan olub. 7 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçən sənətçi ilk söz və bəstələrini 16 yaşında yazmağa başlayıb. 17 yaşında “Midnight Entertainment” ilə müqavilə bağlamaqla film sahəsində ilk addımını atıb. İlk çəkildiyi “Defender” filmində baş rolu oynayıb.
Yaşdut soyadlı sənətçi 1992-ci ildə El Roman ləqəbini 14-cü əsrdə yaşayan ispaniyalı nağıl qəhrəmanı “Elromano”nun həyatından təsirlənərək götürüb.
Bir faktı da qeyd edək ki, o, bu soyadı 4 illik məhkəmə çəkişməsi sonunda rəsmiləşdirə bilib.
1995-ci ildə çıxan və bir milyondan çox tirajla satılan “Gənçliyin göz yaşları” adlı ilk albomu Rafetə uğur gətirib. Daha sonra onun ard-arda “En güzel günler senin olsun” , “Hayat hüzünlü” , “Hanımeli”, “5 NR Aşk” , “Sürgün”, Kalbimin Sultanı” albomlarını çıxıb.
Rafet El Roman türk müğənnilərindən Azərbaycanda daha çox konsert verməsi ilə fərqlənir. Son gəlişində jurnalistlərlə müsahibəsində konsertdən razılıq edən R.E.Roman bunları deyib: “Düzdür, Azərbaycana ilk gəlişimlə budəfəki gəlişim arasında fərqlər var. O zamanlar daha isti qarşılanırdım. Ancaq konsertimə hələ də gəldiklərinə görə onlardan çox razıyam”.
Qeyd edək ki, Rafet “Yaşıl teatr”da baş tutan “Romantik yay axşamı” adlı konsertində səhnəni həmyerlimiz Ezo ilə paylaşıb.
Şərhlər