Yağmur qaynaq işi ilə məşğuldur

25.08.2015 11:44     Artreaksiya     3301

Son dövrlərdə bütün diqqətləri üstünə yığan aktrisa Yağmur Tanrısevsin Dudullu Sənaye Parkında qaynaq işləri ilə məşğul olur.

Reaksiya.az xəbər verir ki, son günlərin ən çox danışılan layihəsi “May kraliçası” serialında baş rolda oynayan Yağmur Tanrısevsin hal - hazırda canlandıracağı qəhrəmanın peşəsinə uyğun olaraq Dudullu Sənaye Parkında qaynaq dərsləri almağa başlayıb. Tanrısevsin serialda limanda çalışan qaynaq işçisi bir qızı canlandıracaq.

Qeyd edək ki, bu qaynaqçı obrazı olduqca böyük mübahisələr yaratmışdı. Belə ki, Erdal Özyağcılar Birol Güvənin qaynaqçı qadın obrazını onun hekayəsindən oğurladığını bildirmişdi. Güvən isə ssenarini Koreyalılardan aldıqlarını söyləmişdi. Əslində, qaynaqçı qadın  obrazı əslində kinoda ilk dəfə istifadə olunmur. 1983 – cü ildə ekranlara çıxan “Flashdance” filmində baş rol oyunçusu Jennifer BEALS qaynaqçı idi.

Şərhlər