Onlar 3-cü dəfə yenidən bir arada

25.08.2015 17:07     Artreaksiya     2993

Kristen Stüart və Jesse Eisenberg yeni filmin çəkilişində

ABŞ-lı aktrisa Kristen Stüart və aktyor Jesse Eisenberg məşhur rejissor Woody Allenin son filmi üçün kamera qarşısına keçib.

Reaksiya.az xəbər verir ki, dünən Santa Monikada reallaşdırılan çəkilişlərdə 25 yaşlı Stüart və 31 yaşlı Eisenbergin öpüşmə səhnələri çəkilib.

Romantik dəqiqələr.

Filmdə 50-ci illərin dəbi hakimdir.

Bir müddətdir ki, film çəkən Woody Allen hələ bu filmə ad verməyib.

Qeyd edək ki, bu məşhur aktyorlar ilk dəfə 2009-cu ildə “Adventureland” filmində rol almışdılar. İkinci filmləri olan “American Ultra” isə 2015-ci ildə ekrana çıxıb.

Gözəl aktyor “Alaqaranlıq” filmindəki "Bella Svan" xarakteri ilə şöhrət qazanıb.

Eisenberg bir çox filmdə rol almasına baxmayaraq ən yaxşı rolunu 2010-cu ildə ekrana girən "Sosial şəbəkə" adlı filmdə Facebookun qurucusu Mark Zuckerbergi canlandırması ilə gerçəkləşdirib.

Şərhlər